Kütləvi İstehsal

ən əvvəl konveyer istehsalı prinsipinə söykənən, uzun müddət ərzində eyni tipli məhsulun, məlumatın istehsalı.
Küçə Ticarəti, Qara Bazar, Qeyri-Rəsmi Birja
Kvantos
OBASTAN VİKİ
Kütləvi istehsal
Kütləvi istehsal — istehsalın bir növü olub, böyük həcmdə hazırlanan məhsulun aşağı çeşidliyi ilə səciyyələnir. Kütləvi istehsal müəssisədə bir və ya bir neçə ölçüdə olan məhsulun və ya onun hissələrinin istehsalına yönəlmiş yüksək ixtisaslaşma dərəcəsinə malikdir. Kütəvi istehsal sənayenin bir çox sahələri üçün səciyyəvidir: maşınqayırma, tərtibatlar (saat sitehsalında), yüngül sənaye (ayaqqabı, qalantereya məhsulları), yeyinti sənayesi (konservlərin istehsalı). Kütləvi istehsal həm ayrı-ayrı sexlər və onun sahələri daxilində, həm də bütövlükdə müəssiədə daxilində təşkil oluna bilir. Burada məsulun istehsal həcmini həddən qartıq yüksəltmək və eyni zamanda onun keyfiyyətini artırmaq olur. Xüsusi avadanlıqların tətbiqi sayəsində işin məhsuldarlığı artır və əməliyyat üçün hazırlıq-tamamlama işlərinə sərf olunan vaxt minimuma enir, maya dəyəri aşağı düşür, rentabellilik artır. Bu istehsalın əsas xüsusiyyəti istehsal prosesinin özündə və onun aparılma üsulunda, işçi yerlərinin ixtisaslaşdırması və onların əməliyyatların ardıcıllığına uyğun yerinə yetirilməsindədir. Texnoloji proses çox hallarda proqresivdir. İşçilərin kiçik məşğuliyyət dairəsində ixtisalaşma dərəcəsi də yüksək olmalıdır. Kütləvi istehsalda əməliyyatlar sinxronlaşdırılır və əmək vasitələrinin işçi yerlərdə hərəkəti fasiləsiz olaraq mexanikləşdirilmiş və avtomatlaşdırlmış sistemlərin köməyi ilə aparılır (konveyrlər).
İstehsal
İstehsalat və ya İstehsal — hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün hüquqi şəxsin və fiziki şəxsin təşkil etdiyi fəaliyyət prosesidir. Istehsalat prosesində maşın, mexanizm, alətlər və insan əməyindən istifadə edərək satış üçün məhsul hazırlanır. Bir qayda olaraq istehsalatda böyük həmdə xammaldan hazır məhsul istehsal edilir. Bu termin ancaq insan əməyinə aid olaraq adi sənətdən yüksək texnologiyalara qədər geniş dairəni əhatə edir. Belə hazır məhsullar sonradan daha geniş istehsalatda digər mürəkkəb məhsulların istehsalı üçün istifadə edilir. Məsələn, gəmi, silah və digər yüksək texnologiyalı mallar. Bir qayda olaraq bazar iqtisadiyyatı mühitində bir məhsul digər məhsulun buraxılışı üçün mərhələ rolunu oynayır. Həmçinin bazar münasibətləri özünü tənzimləmə prinsipinə malikdir. Ancaq son dövrlərdə dövlət daha müntəzəm sahibkarlıq prinsiplərini gözləməklə bazar münasibətlərinə müdaxilə etməli olur.. Müasir istehsalat öz çərçivəsinə son məhsulun buraxılması üçün bütün aralıq mərhələləri toplayır.
Kütləvi intihar
Kütləvi intihar – çoxlu sayda insanın birlikdə və ya eyni səbəbdən ayrı-ayrı yerlərdə kütləvi formada intihar etməsi. Kütləvi intihar hallarına tarixdə nadir hallarda rast gəlinsə də, bir çox nümunəsi mövcuddur. Eramızdan əvvəl 133-cü ilə baş vermiş Numantiya mühasirəsi zamanı, numantiyalılar təslim olmağın əvəzinə kütləvi intihar etmək yolunu seçmişdir. 1336-cı ildə Litvada yerləşən Pilenayi qalası Tevton ordeninin cəngavərləri tərəfindən mühasirəyə alınmışdır. Knyaz Margiris özünü və adamlarını müdafiə edə bilməyəcəyini başa düşəndə, düşmənin əlinə heç bir şeyin keçməməsi məqsədilə qalanı oda vermiş, özü və əsgərləri ilə birlikdə kütləvi intihar etmişdir. 1945-ci ilin aprel və may aylarında Almaniyanın şimalında yerləşən Demmin şəhərində yaşayan 900 nəfərə yaxın sakin Sovet ordunsunun əlinə keçməmək məqsədilə kütləvi intihar etmişdir. 1978-ci ildə Qayananın şimalında Cim Cons rəhbərliyindəki Xalqlar məbədi tərəfindən yaradılmış Constaun şəhərciyindəki 918 nəfər dini baxışları səbəbindən kütləvi intihar etmişdir.
Kütləvi məzarlıq
Kütləvi məzarlıq - dəfn edilmədən öncə təyin edilə bilən və ya bilinməyən bir neçə cəsəddən ibarət məzarlıq. BMT kriminal kütləvi məzarlığı dəfn ərazisində qətl edilmiş üç və daha çox qurbanın olduğu yer kimi qəbul etsə də, yekdilliklə qərar verilmiş konkret bir izah yoxdur. Kütləvi məzarlıqlar, adətən, çox insan öldükdən və ya öldürüldükdən sonra sanitariya narahatlığı səbəbindən cəsədləri tez zamanda basdırmaq üçün yaradılır. Baxmayaraq ki, kütləvi məzarlıqlar müharibə və cinayət kimi böyük münaqişələrdə ortaya çıxır, müasir dünyada belə məzarlıqlardan aclıq, epidemiya və təbii fəlakətlərdən sonra da istifadə edilir. Fəlakətlərdən sonra infeksiya və xəstəliklərin yayılmasının qarşısını almaq üçün kütləvi məzarlıqlar yaradılır. Belə hallarda tez-tez fərdi orqanların düzgün müəyyənləşdirilməsinə və atılmasına imkan yaradan sosial infrastrukturun sıradan çıxması olur.
Kütləvi qətl
Kütləvi qətl və ya Qətliam — bir çox insanın tipik olaraq eyni vaxtda və ya nisbətən qısa bir müddətdə və coğrafi yaxınlıqda qətlə yetirilməsidir. FTB kütləvi qətli qətllər arasında "soyutma müddəti" olmayan bir hadisə zamanı dörd və ya daha çox insanın öldürülməsi kimi təyin edir. Kütləvi qətl, ümumiyyətlə, bir və ya daha çox insanın bir neçə nəfəri öldürdüyü tək bir yerdə baş verir. Kütləvi qətl fərdlər və ya təşkilatlar tərəfindən törədilə bilər, bir adam öldürmək isə bir və ya iki şəxs tərəfindən törədilir. Kütləvi qatillər qətllər arasında demək olar ki, heç bir zaman fasiləsi olmayan iki və ya daha çox yerdə öldürən və qurbanların sayı ilə təyin olunmayan qırğın qatillərindən və insanları uzun müddət öldürə biləcək seriyalı qatillərindən fərqlənir.
Kütləvi iğtişaşlar
Kütləvi iğtişaşlar — zorakılıq, soyğunçuluq, yandırma, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya partlayıcı qurğuların tətbiqi ilə müşayiət olunan kütləvi iğtişaşların təşkilindən və bu iğtişaşlarda iştirakdan, habelə dövlət orqanlarının vəzifəli şəxslərinə silahlı müqavimət göstərməkdən ibarət ictimai təhlükəsizlik və asayiş əleyhinə cinayət. == Kİ-də iştirak formaları == Kütləvi iğtişaşların təşkili — izdiham toplamaq məqsədi daşıyan, hakimiyyət tərəfindən müəyyən edilmiş tələblərə, əgər bu tələblər qanuni olarsa, fəal müqavimət göstərməyə, vətəndaşlara, onların əmlakına və dövlət əmlakına qarşı kütləvi iğtişaşlar və zorakılıq törətməyə çağırışlar; izdihamda silahların çatdırılması və paylanması, izdihamda aqressiv əhval-ruhiyyənin qızışdırılması, qırğınlar zamanı kütləyə rəhbərlik, yanğın, zorakılıq, hakimiyyətə və rəhbərliyə müqavimət. Kütləvi iğtişaşlarda iştirak — kütləvi iğtişaşlarda birbaşa iştirak, yəni soyğunçuluq, yandırma və şəxsən zorakılıq aktları törətmək.
Avtomatlaşdırılmış istehsal
Avtomatlaşdırılmış istehsal (computer-aided manufacturing ) – istehsal prosesinin avtomatlaşdırılmasında kompüterlərin tətbiqi. CAM vasitələrindən istər kiçik istehsalatda, istərsə də irimiqyaslı robotlaşdırılmış yığım xətlərində istifadə olunur. İstehsalatda CAM-sistemlərində çox zaman kompüterlər yox, xüsusi avadanlıqlar və proqramlar tətbiq olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. CAM / Computer-Aided Manufacturing computer aided manufacturing (CAM) Arxivləşdirilib 2017-05-29 at the Wayback Machine What is CAD/CAM?
Fərdi istehsal
Fərdi istehsal - məhsulun müxtəlif çeşidlərdə fərdi (bir ədəd) hazırlanması ilə səciyyələnən istehsal növüdür. Fərdi istehsala böyük turbin, yayma dəzgahları, gəmi, unikal dəzgah, metallurji və dağ-mədən avadanlıqları, həmçinin təmir və sınaq zavodları daxildirlər. Kütləvi və seriyalı istehsaldan fərqli olaraq məhsulun hərəkəti üçün konkret vaxt qoyulmur, o sərbəst ritm daxilində hazırlanır. İş yerləri universal avadanlıqlarla təchiz olunur. Sifarişin yerinə yetirilməsi üçün fərdi texnoloji proseslər layihələndirilir. Sexlər arası avadnlıqlar qrupu göstərilməklə texnoloji marşrutlar işlənir.Texnoloji proses sexlərdə dəqiqləşdirilir. Məhsulun çeşidinin müxtəlifliyi və müərəkkəbliyi yüksək ixtisaslı işçilərin cəlb edilməsini tələb edir. Fərdi istehsal üçün təşkilati işlərin mərkəzləşsizdirlməsi səciyyəvidir. Xüsusi avadanlıqların və tərtibatların tətbiqi, tez-tez məhsulların dəyişilməsi əmək tutumunu və istesal tsiklini artırır. Hissələrin və düyümlərin normallaşdırlması və sinifləşdirilməsi, texnoloji proseslərin tipləşdirilməsi sayəsində burada seriyalı istehsalın bəzi elemntləri tətbiq oluna bilər.
Qənaətcil istehsal
Qənaətcil istehsal- maşın istehsalında israfların aradan qaldırlmasına yönələn, eyni zamanda təminedici, sifarişçi və daxili strukturlar tərəfindən yaranan meyillənmələri minimallaşdıran emal strategiyasıdır. Tayota istehsal sisteminin tərkib hisəssi olan bu strategiya 1980-ci illərdə araşdırılıb, effektivliyi sübut oldunqdan sonra, digər avtomobil istehsalçıları da bu strategiyadan bəhrələnməyə calışmışlar. Qənatəcil istehsalın çevik, tələbəta uyğun və mərkəzsiləşdirilmiş qrup şəklində iş üslubuna calışan planlama konseptidir. O, işçilərin keyifiyətə yüksək məsuliyyəti və istehsal mərhələləri arasında kiçik material buferləri ilə səciyyələnir. Qənatəcil istesalın tətbiqi müəssisə ilə onun sifarişçiləri və təminatçıları, həmçinin onun elmi tədqiqatla məşğul olan şöbəsi, alış-veriş və istehsal sahələri arasında optimal razılaşma şəraitində fəaliyyət göstərən informasiya mübadiləsini tələb edir. Bu istehsalın təbiqi zamanı: Yalnız lazım olan məmul, lazımı vaxtda hazırlanır. Bu, istehsal həcmi, istehsal və təşkilata aid olanları əhatə edir, yerdə qalanlar isə israfçılıqdıır. Meydana çıxan xətalar yüksək prioritetlə araşdırılır və səbəbi müəyyənləşdirilir, onu aradan qaldırmaq üçün həll işlənir. Buna xətasız istesal deyilir. İstehsalda iştirak edən işçilərdən və təminatçı firmalardan daimi olaraq öz işlərinin keyfiyyətini artırmaq tələb olunur.
Seriyalı istehsal
Seriyalı istehsal — istehsalın təşkilat növü olub, uzun zaman kəsiyində müəssisədə eyni zamanda hazırlanan bir məhsulun geniş çeşidi ilə səciyyələnir. Seriyalı istehsalın ən geniş yayıldığı sahələr maşınqayırma və metal emalıdır. Məhsulun hazırlanması məmula nisbətən seriya şəklində, hissəyə nisbətən isə partiya şəklində aparılır. Bir ölçü növünə məxsus məmulun seriyalı hazırlanması müəyyən vaxt daxilində təkrar olunur. Təkrar seriyanın istehsalında maşınlar çox zaman istehsalın konstruksiya və texnoloji hazırlığına,iş yerlərinin təşkili, işçilərin ixtisas dərəcələrinə uyğun olaraq dəyişikliklər edilir. seriyalı istehsal hissələrin, məmulların unifikasiya edilməsinə, texnoloji proseslərin və tərtibatların tipləşdirilməsinə imkan yaradır. İstehsal həcmindən asılı olaraq iriseriyalı, orta seriyalı və kiçik seriyalı istehsal mövcuddur. İriseriyalı istehsalda bir ilidən böyük olmaqla period daxilində məhsullar fasiləsiz olaraq böyük həcmdə hazırlanmasıdır. Müəssisə bu halda yetişmiş məhsulun və onun ayrı-ayrı hissələrinin istehsalı üzrə ixtisaslaşır. Sexlər ümumi əlamətə görə, iş yerləri isə əməliyyatlar görə ixtisaslaşırlar.
İstehsal münasibətləri
İstehsalat münasibətləri — ictimai istehsal əsnasında insanlar arasında yaranan münasibətlər. Anlayış kimi Karl Marks tərəfindən 1848-ci ildə "Kommunist Partiyasının Manifesti" əsərində işlənmişdir. Texniki-istehsalat münasibətlərindən fərqi ondadır ki, Marksın qənaətinə görə, insanların münasibətlərini onların istehsal vasitələrinə olan münasibəti, yəni mülkiyyət münasibətləri ilə müəyənləşdirir.
İstehsal vasitələri
İstehsal vasitələri — əmək vasitələrinin məcmusudur. İstehsal vasitələri insanlar arasında olan xüsusi ictimai münasibətləri - istehsalat münasibətlərini - yaradır. İstehsal vasitələri və insan əməyi qırılmaz olaraq bağlı və qarşılıqlı şərtlənəndir.
İstehsal xərcləri
İstehsal mövcud istehsal amillərindən istifadə edərək insan ehtiyaclarını təmin edəcək əmtəə və xidmətlərin formalaşdırılması prosesidir. İstehsalı həyata keçirən təsisçilər tərəfindən qurulan və məhsul satışı ilə bağlı qərar verən quruluşa isə müəssisə deyilir. İstehsal prosesi qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli dövr xərclərin ən azı birinin sabit olduğu, digərlərinin isə dəyişdirilə bildiyi vaxt kəsiyidir. Bu dövrdə sabit xərclər kimi adətən daşınmaz əmlak, istehsal avadanlıqları və s. çıxış edir. İşçi qüvvəsi və xammal isə dəyişən xərclərə aid edilir. Çünki, firmanın qısa müddət ərzində yeni bir bina alması və ya bahalı avadanlıqlar quraşdırması o qədər asan deyildir, amma artan tələbə qarşılıq olaraq yeni işçilərin qəbulu, daha çox xammalın cəlb olunması mümkün addımlardır. Uzunmüddətli dövr isə müəssisənin yuxarıda adını çəkdiyimiz və ümumilikdə bütün istehsal amillərinin həcmini dəyişə bildiyi vaxt kəsiyidir. Xərclər- firmaların istehsalda istifadə etmək üçün istehsal amillərinə həyata keçirdikləri ödəmələrdir.
İstehsal üsulu
İstehsal üsulu (alm. Produktionsweise‎) — Marksizmə görə, məhsuldar qüvvələrin və onların şərtləndirdiyi istehsalat münasibətlərinin vəhdəti. İçtimai istehsal üsulları, bir tərəfdən — müvafiq istehsalat texnoloqiyasının tarixi tipinə görə (məhsuldar qüvvələr), o biri tərəfdən — istehsal və bölgü əsnasındakı istehsal şəraitinə və vasitələrinə olan hakim münasibətlərin müvafiq iqtisadi gerçəkləşdirilməsi tipinə görə(istehsalat münasibətləri) fərqlənirlər. Hakim istehsal üsulu ictimai-iqtisadi formasiyanın özülü(bazisi) sayılır.
Maddi istehsal
Maddi istehsal — insanın və cəmiyyətin müəyyən tələbatlarını ödəyən maddi nemətlərin yaradılması ilə bilavasitə bağlı istehsal. Maddi istehsal qeyri-istehsal sahəsinə qarşı çıxır, maddi dəyərlərin istehsalını qarşısına məqsəd qoymur. Bu bölgü əsasən marksist nəzəriyyə üçün xarakterikdir. Maddi istehsal maşın və texnologiyanın tətbiqinə, eləcə də insanlar arasında istehsal münasibətlərinə əsaslanır. Demək olar ki, cəmiyyətin texniki və texnoloji inkişafı insan ehtiyaclarının kəmiyyət və keyfiyyətcə artması hesabına baş vermiş və baş verir. Antropogen amil isə maddi istehsalın bir çox təbii proseslərin pozulmasına, yer səthinin geniş sahələrinin deqradasiyasına, havanın və suyun geniş miqyasda çirklənməsinə səbəb olmasına şərait yaradır. Ona görə də istehsal fəaliyyətinin həcminə və formalarına nəzarət edilməlidir. Maddi istehsalın sahələrinin digər fəaliyyət növlərindən ayrılması (sosialist ölkələrində) ümumi ictimai məhsulun və milli gəlirin həcmini müəyyən etmək üçün həyata keçirilirdi. Bu sahələrin tərkibinə adətən sənaye, kənd təsərrüfatı və meşə təsərrüfatı, tikinti, nəqliyyat və rabitə, ticarət və ictimai iaşə, logistika və marketinq, tədarük və s. (nəşriyyat, kinostudiyalar, səsyazma müəssisələri, layihə təşkilatları, metal qırıntılarının tədarükü və xilası, yabanı bitkilərin, meyvələrin, göbələklərin, toxumların, otların yığılması və onların ilkin emalı, ovlanması).
İstehsal ehtiyatları
İstehsal ehtiyatları — müəssisənin qəbul etdiyi, lakin hələ iş yerinə köçürülməmiş ehtiyatlar. Böyük Rusiya Ensiklopediyasının məlumatına görə, istehsal ehtiyatları müəssisəyə daxil olmuş, lakin hələ də iş yerlərinə köçürülməmiş xammal, materiallar, alınmış yarımfabrikatlar və komponentlər, yanacaq, alətlər və digər istehsal vasitələridir. Ehtiyatlar təbii və pulla ölçülən maddi ehtiyatların bir hissəsidir.
İstehsal funksiyası
İstehsal funksiyası — istehsal dəyərləri (istehsalın miqdarı) və resurs xərcləri, texnologiya səviyyəsi kimi istehsal amilləri arasında iqtisadi və riyazi kəmiyyət əlaqəsidir. Onu izokvantlar toplusu kimi ifadə etmək olar. Məcmu istehsal funksiyası bütövlükdə milli iqtisadiyyatın məhsulunu təsvir edə bilər. İstehsal amillərinin müəyyən vaxtda və ya müxtəlif dövrlərdə məhsulun həcminə təsirinin təhlilindən asılı olaraq istehsal funksiyaları statik P = f ( x 1 , x 2 , . . . , x n ) {\displaystyle P=f(x_{1},x_{2},...,x_{n})} və dinamik P = f ( x 1 ( t ) , . . . , x k ( t ) , .
İstehsal sistemi
İstehsal sistemi (ing. production system) — istehsalın giriş faktorunu hazır məhsula və ya xidmətə çevirmək üçün əməliyyat resurslarından istifadə edən müəssisə sistemi. Britannica-ya görə istehsal sistemi sənayenin müxtəlif resurslardan mal və xidmətlər yaratmaq üçün istifadə etdiyi hər hansı üsuldur. Bir sıra əməliyyat menecerləri istehsal sistemini müəssisənin əməliyyat resurslarından daxil olan (girişi) öz seçdiyi (çıxış) məhsul və ya xidmətə çevirmək üçün istifadə edən sistem hesab edirlər. Burada “giriş” başqa istehsal sistemindən xammal, yaxud müştəri və ya hazır məhsuldur. Bir sıra ekspertlərin fikrincə, istehsal sistemi dəyər yaratma proseslərində (istehsal və quraşdırma) ilkin məlumat və resursların (nou-hau, metodlar, materiallar, maliyyə resursları, enerji resursları) olduğu sosial-texniki sistemdir. proseslər (nəqliyyat) son nəticəyə (məhsul, məsrəflər, əlavə məhsullar) çevrilir. Bir sıra texniki mütəxəssislərin fikrincə, istehsal sistemi istehsal və texnoloji sistemlərin (hissələrin istehsalı və quraşdırılması üçün sistemlər), təşkilatın, personalın və müvafiq işçilərin işə salınmasına hazırlıq nəzərə alınmaqla istehsal prosesinin sistem-texniki həyata keçirilməsidir. istehsal mədəniyyəti. İqtisadçıların nöqteyi-nəzərindən istehsal sistemi məhsul istehsalı üçün iş proseslərinin məcmusudur.
İstehsal (iqtisadiyyat)
İstehsal — ilkin (əmək və kapital) və aralıq istehsal amillərindən (xammal, materiallar və s.) istifadə etməklə məhsulun yaradılması prosesi. İstehsal insanla təbiət arasında baş verən maddələr mübadiləsinin konkret insan növüdür, daha dəqiq desək, təbii sərvətlərin insanlar tərəfindən hər hansı məhsula aktiv çevrilməsi prosesidir. "İstehsal" termini təkcə əmtəələrin maddi istehsalı ilə bağlı deyil, həm də qeyri-maddi əmtəə və xidmətlərin istehsalına münasibətdə istifadə olunur: elmi kəşflər, texniki ixtiralar, təhsil, mədəniyyət, incəsənət, səhiyyə, istehlak xidmətləri, idarəetmə, maliyyələşdirmə və kreditləşmə, idman və s. İqtisadiyyat elmində istehsal haqqında təlim aşağıdakı hissələrə bölünür: istehsal amilləri doktrinası — təbiət, əmək və kapital; istehsalın təşkili doktrinası "İstehsalın təşkilinə insan resursları və istehsalın təşkilinin insan amili həlledici təsir göstərir. İstənilən istehsal kadr tələbatının müəyyən edilməsindən və buna uyğun olaraq hər bir işçinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün yüksək səmərəli işləməyə qadir olan insanların işə götürülməsindən başlamalıdır". İqtisadiyyat tarixində istehsal müxtəlif cür başa düşülür. Zaman keçdikcə bu konsepsiya insan fəaliyyətinin yeni sahələrinə yayıldı. Fransua Quesneyin rəhbərlik etdiyi fiziokratlar məktəbi məhsulun yalnız kənd təsərrüfatında yaradıldığına inanırdı. Qalan sənayelər ya onu emal edir, ya da kənd təsərrüfatı gəlirlərindən istifadə edir. Kenenin İqtisadi Cədvəlində üç sosial sinfi müəyyən etdi: məhsuldar təbəqə — fermerlər və kənd təsərrüfatı sektorunda muzdlu işçilər; torpaq sahibləri — feodallar (buraya kral da daxil idi); steril (steril) sinif — kənd təsərrüfatında işləməyən sənayeçilər, tacirlər, sənətkarlar və başqaları.
İstehsal faktorları
İstehsal faktorları (ing. factors of production) — əmtəə və xidmətlərin istehsalı üçün lazım olan iqtisadi resurslar. İstənilən istehsal müəyyən tələbatları ödəyən nəticələr əldə etmək üçün insanın əşya və əmək vasitələrinə təsir prosesidir. İqtisadiyyat elmində istehsal haqqında təlim aşağıdakı hissələrə bölünür: istehsal amilləri doktrinası — təbiət, əmək və kapital; istehsalın təşkili doktrinası Ənənəvi olaraq aşağıdakı istehsal amilləri fərqləndirilir: Torpaq (təbii ehtiyatlar); Əmək (əmək resursları); Kapital (investisiya resursları). Hal-hazırda onlara əlavə olunur: sahibkarlıq qabiliyyəti; məlumat; innovasiyalar. Qeyri-marksist iqtisadi nəzəriyyəçilər K.Marksın yeni dəyərin yalnız muzdlu işçilər tərəfindən yaradılması mövqeyi ilə razılaşmırlar, lakin hesab edirlər ki, onun yaradılmasında bütün istehsal amilləri bərabər iştirak edir. Beləliklə, Alfred Marşall yazırdı: “ümumilikdə kapital və ümumilikdə əmək milli dividend istehsalında qarşılıqlı əlaqədə olur və öz (marjinal) məhsuldarlıq ölçüsünə uyğun olaraq gəlirlərini ondan alırlar. Onların qarşılıqlı asılılığı ən yaxındır; kapital əməksiz ölür; öz və ya başqasının kapitalının köməyi olmadan fəhlə çox yaşamayacaq. Əmək enerjili olduqda, kapital zəngin meyvələr toplayır və sürətlə inkişaf edir; Kapital və bilik sayəsində Qərb dünyasının adi işçisi bir çox cəhətdən keçmiş şahzadələrdən daha yaxşı qidalanır, geyindirilir və hətta evlə təmin olunur. Kapital ilə əmək arasında əməkdaşlıq əyirici ilə toxucu arasında olduğu qədər zəruridir; əyirici tərəfdə bir az üstünlük təşkil edir, lakin bu ona heç bir üstünlük vermir.
İstehsal kapitalı
İstehsal kapitalı (ing. physical capital; fiziki, real) — biznesə yatırılan, istehsal vasitələri şəklində yaradılan gəlir mənbəyi: maşın, avadanlıq, binalar, tikililər, torpaq, xammal ehtiyatları, yarımfabrikatlar , mal və xidmətlər istehsalı üçün istifadə olunan hazır məhsullar. İstehsalda bilavasitə istifadə olunan kapital forması — istehsal vasitələri. İstehsal kapitalının miqdarı istehsal vasitələrinin qiymətləndirilməsi əsasında müəyyən edilir. Bir qayda olaraq, istehsal kapitalı öz dəyərini amortizasiya və ya icarə ödənişləri şəklində məhsullara köçürür.
Demmində kütləvi intihar
Demmində kütləvi intihar (alm. Massensuizid in Demmin‎; ing. Mass suicide in Demmin) - 1945-ci ilin 1 may tarixində Almaniyanın Meklenburq-Ön Pomeraniya vilayətində yerləşən Demmin şəhərində baş vermiş kütləvi intihar hadisəsi. Üçüncü Reyx tərəfindən Sovet ordusuna qarşı aparılan propaqandadan təsirlənən şəhər sakinləri sovet əsgərlərinin şəhərə yaxınlaşması ilə bağlı xəbərləri aldıqdan sonra, sağ ələ keçməməkləri üçün özlərini öldürmüşdür. Kütləvi intihar nəticəsində mindən çox şəhər sakinin bir necə saat ərzində canına qəsd etdiyi ehtimal olunur.
Elmi kütləvi ədəbiyyat
Elmi kütləvi ədəbiyyat – elm, onun yaradıcıları haqqında əsərlər. Elmi kütləvi ədəbiyyata fundamental və tətbiqi elmlərin əsaslarından, aktual problemlərindən, elm xadimlərinin həyatından, səyahətlərdən bəhs edən müxtəlif janrlı əsərlər daxildir. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Gümrüdə kütləvi qətl
Gümrüdə kütləvi qətl — 2015-ci il yanvarın 12-də Gümrüdə, Masnikyan küçəsi 188 ünvanında həyət evində yaşayan Serj Avetisyanın özü və 5 ailə üzvü - arvadı, qızı, oğlu və glini, üstəgəl 2 yaşındakı nəvəsi güllənib. 6 aylıq nəvəsi isə süngü ilə ağır yaralanıb. Hadisə yerində əsgər çəkmələri, əsgər çantası və Kalaşnikov avtomatı və 5x45 çaplı güllə gilizləri aşkarlanıb. Ayaqqabıların üzərində yazılmış addan yola çıxan polis və şəhərdəki 102 saylı Rusiya Hərbi bazasının əsgələri burada çağırışçı kimi xidmət edən Valery Pavlovic Permyakovun axtarışlarına başlayıblar. Onun eyni gündə xidməti silahını da götürüb hərbi hissəni səhər 4-də özbaşına tərk etdiyi müəyyən olunub. Yanvarın 14-də minlərlə şəhər sakini 102-ci Rusiya hərbi bazasının qarşısına yürüş keçirib bazada saxlanan əsgərin Ermənistan tərəfinə təhvil verilməsi üçün bu gün saat 5-ə qədər onlara vaxt vermişdilər. Yanvarın 15-də şəhər sakinləri artıq şəhər prokurorluğunun da qarşısına yığışıblar, Yerevan ve Gümrüdə Rusiya səfirliyi qarşısında polislə toqquşmalar olub.
Kütləvi xidmət sistemləri
Kütləvi xidmət sistemləri (Q-sxemləri) -Kəsilməz stoxastik yaxınlaşmada riyazi sxemlər kimi Q-sxemləri adlandırılan kütləvi xidmət sistemlərindən (Queuing system) istifadə edilir. Kütləvi xidmət sistemləri mahiyyətinə görə xidmət prosesi olan sistemlərin fəaliyyət proseslərini formalaşdırmaq üçün kütləvi xidmət nəzəriyyəsində və ona əlavələrdə işlənilmiş riyazi sxemlər sinifini təmsil edirlər. Xidmət prosesi kimi öz fiziki təbiətinə görə müxtəlif iqtisadi, istehsal, texniki və digər sistemlərin fəaliyyət proseslərini göstərmək olar. Bu zaman qeyd olunan obyektlər üçün xidmətə qəbul olunan sifarişlərin təsadüfi meydana gəlməsi və onların xidmətinin başa çatması təsadüfi zaman anlarında olması xarakterikdir. Başqa sözlə onların fəaliyyət prosesi stoxastik xarakter daşıyır .